Sof.az

Bakı,Azərbaycan, [email protected] +994507774888

21 may, 2025 - Kreslolar

"STİL OFFİCE FURNİTURE" MMC– “Heshan Shunjing Furniture” Co.,Ltd ilə yeni strateji əməkdaşlığa imza atdı.

"Stil Office Furniture" MMC olaraq beynəlxalq arenada fəaliyyətimizi genişləndirmək və müştərilərimizə daha yüksək keyfiyyətli ofis mebelləri təqdim etmək məqsədilə mühüm bir əməkdaşlığa imza atmışıq. Şirkətimizin nümayəndə heyəti Çin Xalq Respublikasında fəaliyyət göstərən tanınmış mebel istehsalçısı “Heshan Shunjing Furniture” Co.,Ltd şirkətinin nümayəndələri ilə görüşərək yeni iş layihəsi üzrə anlaşma əldə etmişdir.

Bu əməkdaşlıq "Stil Office Furniture" MMC üçün yalnız yeni bir biznes addımı deyil, həm də daha innovativ məhsul xəttinin formalaşmasına, istehsal proseslərinin müasirləşdirilməsinə və müştərilərimizə daha geniş seçim imkanı təqdim olunmasına şərait yaradacaq. Qarşılıqlı etimad və peşəkarlıq əsasında qurulan bu tərəfdaşlıq yaxın gələcəkdə həm yerli, həm də beynəlxalq bazarlarda yeni imkanların yaranmasına səbəb olacaq.

Görüşlər zamanı tərəflər birgə layihənin inkişaf mərhələlərini, istehsal standartlarını və keyfiyyətə nəzarət proseslərini müzakirə edərək əməkdaşlığın uzunmüddətli və məhsuldar olmasını prioritet kimi müəyyənləşdiriblər.

"Stil Office Furniture" MMC olaraq məqsədimiz – müştərilərimizə dünya standartlarına uyğun, estetik, funksional və yüksək keyfiyyətli ofis mebelləri təqdim etməkdir.“Heshan Shunjing Furniture” Co.,Ltd ilə imzaladığımız bu layihə bu yolda atdığımız vacib addımlardan biridir.

Əməkdaşlığın davamında daha böyük layihələr və yeniliklərlə qarşınızda olacağıq.

Orta ölçüdə, torpaqda və ya torpağın üzərində yaşamaq üçün nəzərdə tutulmuş başlanğıclar.
Pulsuz Çatdırılma

Rahatlıq, keyfiyyət, sürətli çatdırılma.

43
14 Günə Qaytarma

90 gün ərzində qaytarma imkanı.

1
Təhlükəsiz Ödəniş

Təhlükəsiz, sürətli və rahat ödəniş sistemi.

5
100% Pulsuz Zəmanət

Pulsuz zəmanət ilə tam təminat verilir.

Facebook
Instagram
TikTok
Whatsapp