Deprecated: Function create_function() is deprecated in /usr/www/users/portofk/sof.az/wp-includes/pomo/translations.php on line 208

Deprecated: Function create_function() is deprecated in /usr/www/users/portofk/sof.az/wp-includes/pomo/translations.php on line 208
 Təhsil | optimeGlobal
  • Praqa şəhərində 1 - 4 həftəlik yay tətili!

    Dil daşıyıcıları ilə İngilis dilini öyrənin! Kursun müddəti: 1.06 2017 – 30.08.2017

  • MƏKTƏBLİLƏR ÜÇÜN BRİTANİYADA YAY MƏKTƏBİ

    8-17 yaş arası məktəblilərə İngilis dilini öyrənmək və Böyük Britaniyanın ən qabaqcıl təhsil mərkəzlərində istirahət etmək üçün mükəmməl şans. Yaz məktəbi Britaniyanın London, Oksford və Elsmir kimi şəhərlərində keçirilir. Tarix: 21 iyun 2017-16 avqust 2017.

Haqqımızda

Haqqımızda

Optime Global şirkəti Təhsil sahəsində konsaltinq xidmətləri göstərir. Biz müştərilərimizə planlarını gerçəkləşdirməkdə yardım edir, xarici universitetlərə qəbul prosesini hazırlayır və həyata keçirir, Böyük Britaniya , ABŞ, Avropa və Şərqi Asiya ölkələrinin qabaqcıl xarici dil kursları və tərkibinə xarici dil tədrisi daxil olan təlim-tədris proqramları məsləhət görürük. Keyfiyyətli təhsil, mütəxəssislərin daim rəqabət apardıqları müasir dünyada məqsədlərə nail olmağın və iddialı planların gerçəkləşdirilməsinin ən qısa yoludur. Avropa, ABŞ, Kanada, eləcə də Şərqi Asiyanın tanınmış ali məktəblərində təhsil almaqla məzunlar özlərini etibarlı və parlaq gələcəklə təmin etmiş olurlar. Məhz bu səbəbdən bizim şirkətimiz üçün ən ümdə məsələlərdən biri soydaşlarımızı Böyük Britaniya, ABŞ, İsveçrə, Kanada, Almaniya, Fransa, Çexiya kimi ölkələrin təhsil sistemlərinin müxtəlif nyuansları ilə əlaqədar düzgün istiqamətləndirməkdir.

Optime Global şirkətinin prioriteti yüksək keyfiyyətli tədris proqramları təklif edən etibarlı və reytinqli universitet, məktəb və dil kursları ilə əməkdaşlıq etməkdən ibarətdir. Bizim əməkdaşlarımız müştərilərin planlarına fərdi şəkildə yanaşdıqdan və tamam təhlil etdikdən sonra onların məqsəd və maliyyə imkanlarınına müvafiq optimal tədris proqramını seçmək üçün tədrisdə yeni proqramların və tendensiyaların monitorinqini həyata keçirirlər. Biz xaricdə təhsil almağın bütün mərhələlərini tələbələrlə birlikdə keçirik: konsultasiyalar təşkil edir, kurs, məktəb və ya universitetlərə qeydiyyat prosesini diqqətlə seçir və həyata keçiriririk. Biz istənilən imtahana hazırlaşmaqda köməklik göstətiririk, seçilmiş təhsil müəssisələrinə, o cümlədən, viza alınması üçün sənədələrin təqdim edilməsini təşkil edirik. Bizim məqsədimiz xaricdə təhsili sizin hər biriniz üçün əlçatan etməkdir.

Xidmətlərimiz

  • Testlər

    Bizim şirkət ingilis dili səviyyənizi müəyyənləşdirməyə imkan verən testlər keçirir. Bununla istər ilkin hazırlıq kursları, istərsə də bakalavr, magistratura və dil kursları üzrə bilik və akademik hazırlığınızın arzuolunan və seçilən proqram üçün kifayet edib-etmədiyini müəyyənləşdirə bilirik.

    Ətraflı 
  • Xaricdə təhsil

    Xaricdə məktəb və ya universiteti müvəffəqiyyətlə başa vura bilmək üçün ölkəni, təhsil müəssisəsini və sahəni düzgün seçmək lazımdır. Bizim şirkət qeyd edilən məsələyə münasibətdə fərdi yanaşma sərgiləyir və hər bir tələbə ilə hərtərəfli, dəqiq iş aparır. Biz tələbənin məqsədləri, bacarıqları, xarakteri və gələcək perspektivlərindən çıxış edərək ona müxtəlif təhsil istiqamətlərini təklif edirik. Sizin məsələnin dərinliklərinə varmağınıza ehtiyyac yoxdur. Bizim əməkdaşlarımız məhz sizə uyğun olanı seçməkdə yardım edəcəklər. Bizim məqsədimiz xaricdə təhsili hər biriniz üçün əlçatan etməkdir.

    Ətraflı 
  • Repititorluq

    Hər kəsə məlumdur ki, xaricdə təhsil proqramına qəbul olmaq üçün ingilis dilinə malik olmaq lazımdır. Hər bir proqram dil biliyi baxımından özünəməxsus tələblər irəli sürür. Dil bilikləri lazımi səviyyədə olmadıqda, bizim şirkət hər bir tələbə üçün fərdi və ya qruplar şəklində hazırlıqlar təşkil edə, sertifikatlaşmış dil səviyyəsi gərəkdikdə, beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT, GRE, GMAT və s.) hazırlaşdıra bilər. Biz sadəcə hazırlıq deyil, təhsil sahəsində peşəkar təcrübəyə malik ingilisdilli mütəxəssislə xüsusi hazırlıq təklif edirik.

    Ətraflı 
  • Qəyyumluq

    Xaricdə qəyyumluq, demək olar ki, təhsil prosesinin ən əhəmiyyətli hissələrindən biridir. Yaşı 18-ə çatmayan özəl məktəblərdə oxumaq üçün Azərbaycandan gələn uşaqlar bu və ya digər ölkədə olduqları müddət ərzində qəyyuma malik olmalıdırlar. Bizim şirkət bu işdə də sizə yardım edəcəkdir. Qəyyumluq xidmətini seçərək, siz əmin olacaqsınız ki, övladınız etibarlı əllərdədir və bizim qəyyumlar istənilən vaxt ona köməyə gəlməyə və bütün vəziyyətlərdə ona dəstək olmağa hazırdırlar.

    Ətraflı 

Bizimlə əlaqə

Boş sahəni doldurun
Düzgün nömrəni qeyd edin
Düzgün e-mail ünvanı qeyd edin
Mövzünü qeyd edin
Zəng sifarişi
Boş sahəni doldurun
Düzgün nömrəni qeyd edin
Kursa yazılmaq
Boş sahəni doldurun
Düzgün nömrəni qeyd edin
Düzgün e-mail ünvanı qeyd edin
Kursu seçin
Konsultasiya almaq
Boş sahəni doldurun
Düzgün nömrəni qeyd edin
Düzgün e-mail ünvanı qeyd edin
Mövzünü qeyd edin
Məlumat göndərildi!

Müraciətiniz üçün təşəkkür edirik!